İKİ TƏDQİQAT UNİVERSİTETİ MÖVCUD UNİVERSİTETLƏRİN ƏSASINDA QURULACAQ

Azərbaycanda yaradılması nəzərdə tutulan iki tədqiqat universiteti mövcud universitetlərin əsasında qurulacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələ həmin universitetlər müəyyən olunmayıb

“Bunun üçün universitetlərin fəaliyyəti təhlil olunacaq. Hansı universitet kriteriyalara cavab verəcəksə, onun əsasında yaradılacaq”.