Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə 2 nəfər Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib.
Bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.
O bildirib ki, bununla yanaşı cəzadan azad edilənlərdən 92-i qadın, 566-sı kişi, 47-i 60 yaşdan yuxarı məhkumlardır.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.