
Bugünkü mərhələ çox yaxşı keçdi. Mərhələnin başlanğıcında velosipedçilər bir necə qruplara ayrıldı. Mübarizənin sonunda Martin Papanov qalib oldu. Düşünürəm ki, bu onun üçün çox gözəl bir nəticədir.
Bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.
Yarışın direktoru bildirib ki, təəssüflər olsun bir çox velosipedçi birinci mərhələni başa vura bilmədi. Artıq iki komanda yarışda mübarizəni dayandırdı.
Qeyd edək ki, velosipedçilər iyunun 8-də Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət edəcəklər.