II MİLLİ QURAMA FESTİVALI DAVAM EDİR

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Milli Qurama Festivalı çərçivəsində tədbir keçirilib.

Tədbir qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərsləri, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək, musiqili proqramla bitib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.