İDXALI ƏLAVƏ DƏYƏR VERGİSİNDƏN AZAD EDİLƏN XAMMAL VƏ MATERİALLARIN SİYAHISI TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə
Fərman imzalayıb.

Fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilir (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Fərmanla “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ləğv edilir.

***

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların SİYAHISI

Sıra№-siKodXarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
11201 90 000 0Xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)
22102 10 100 0Maya kulturaları
32102 10 310 0Quru çörəkçilik mayaları
42102 10 900 0Aktiv mayalar, digərləri
52102 20 110 0Qeyri-aktiv mayalar – həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi1 kq-dan çox olmayan
62102 20 190 0Qeyri-aktiv mayalar, digərləri
72102 20 900 0Digər ölü birhüceyrəli mikroorqanizmlər
82102 30 000 0Hazır çörəkçilik tozları
92301 20 000 0Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar
102304 00 000 0Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
112306 30 000 0Günəbaxan toxumlarının cecələri və digər bərk tullantıları
122309 90 100 0Həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar
132309 90 200 0Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 23-cü qrupunun 5-ci əlavə qeydində təsnif olunan məhsullar
142309 90 310 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
152309 90 330 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
162309 90 350 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan
172309 90 390 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan
182309 90 410 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
192309 90 430 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 10 kütlə%-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
202309 90 490 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan
212309 90 510 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
222309 90 530 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə%-dən az olan
232309 90 590 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan
242309 90 700 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan
252309 90 910 0Melassa əlavəsi ilə çuğundur cecəsi
262309 90 960 0Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, digərləri
272505 10 000 0Kvarslı qum
282506 20 000 0Kvarsit
292601 20 000 0Yandırılmış pirit
302602 00 000 0Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə % və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları
312606 00 000 0Alüminium filizləri və konsentratları
322610 00 000 0Xrom filizləri və konsentratları
332701 12 900 0Tozşəkilli və ya qeyri-tozşəkilli, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olmaqla)
342704 00 190 0Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuşlar istisna olmaqla)
352710 12 110 0Emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullar
362711 12 910 0Emalın spesifik prosesləri üçün propan
372711 12 930 02711 12 9100 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün propan
382711 12 940 0Təmizliyi 90%-dən çox, lakin 99%-dən az olan propan
392711 13 100 0Emalın spesifik prosesləri üçün butanlar
402711 13 300 02711 13 1000 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün butanlar
412711 13 910 0Təmizliyi 90%-dən çox, lakin 95%-dən az olan butanlar
422711 13 970 0Butanlar, digərləri
432818 20 000 0Alüminium oksidi, süni korunddan fərqli
442835 25 000 0Kalsium hidrogen ortofosfat (dikalsium fosfat)
452922 41 000 0Lizin və onun mürəkkəb efirləri; bu birləşmələrin duzları
462922 49 850 0Digər aminoturşular və onların mürəkkəb efirləri, bu birləşmələrin duzları
472923 10 000 0Xolin və onun duzları
482930 40 900 0Digər metionin kükürd-üzvi birləşmələri
492933 59 950 0Strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr
502936 28 000 0E vitamini və onun törəmələri
512936 29 000 0Digər vitaminlər və onların törəmələri
523101 00 000 0Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr
533507 90 900 0Digər fermentlər və ferment preparatları
543801 30 000 0Elektrodlar üçün karbonlu pastalar və sobaların futerlənməsi üçün analoji pastalar
557203 10 000 0Dəmir filizinin birbaşa reduksiya məhsulları
567203 90 000 0Dəmir filizinin birbaşa reduksiya məhsulları, digərləri
577204 49 100 0Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
587204 49 900 0Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri), digərləri
598545 11 008 0Sobalarda istifadə olunan elektrodlar, digərləri
608545 19 000 1Elektroliz qurğuları üçün elektrodlar