İDXAL OLUNAN PORTAĞAL MƏHSULUNDA ZƏRƏRLİ ORQANİZM AŞKARLANIB

İdxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyə Respublikasından idxal olunan 15 150 kq portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm – “Sitrus tristeza virusu” aşkarlanıb.

AQTA-dan verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Verilmiş qərara əsasən, “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.