İDMANÇILARIMIZ BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA FİNALA ÇIXIB

Bədii gimnastika üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində Avropa çempionatında iştirak edir.

Azərbaycanı turnirdə böyüklər yaş qrupunda fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, gənclər yaş qrupunda Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil edir.

Yarışların ilk günündə gənclər arasında təsnifatda Alina Məmmədova topla hərəkətlərdə, Kamilla Qafarova halqa və gürzlərlə hərəkətlərdə, Mədinə Dəmirova lentlə hərəkətlərdə finala vəsiqə qazanıb.

Avropa çempionatı iyunun 19-dək davam edəcək.