İCTİMAİ NƏQLİYYATDA BANK KARTI İLƏ ÖDƏNİŞ ETMƏK MÜMKÜN OLACAQ

Azərbaycanda ictimai nəqliyyatda bütün ödəniş növlərindən istifadə imkanını təmin etmək məqsədilə mövcud nağdsız hesablaşmalar sisteminin təkmilləşdirilməsi üzrə işlər görülür.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında deyib.

“Sistem yenilənəndən sonra təmassız texnologiyanı dəstəkləyən bütün bank kartları və mobil tətbiqlərlər ödəniş etmək mümkün olacaq. Gələn aydan bir neçə marşrutda bank kartı ilə ödəniş sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin tətbiqinə başlanılacaq”, – deyə o qeyd edib.