İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ BÜDCƏYƏ 112 MİLYON MANAT YIĞILIB

2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb. 1-ci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln. manat artıq).
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.