İBRAHİM KALIN: QARABAĞIN İŞĞALDAN AZAD EDİLMƏSİ İLƏ TARİXİN YENİ SƏHİFƏSİ AÇILDI

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

Bu barədə Türkiyə prezindetinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi, müstəqilliyini əldə etməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb”.