İBRAHİM KALIN: 30 İLDİR HƏLL OLUNMAYAN QARABAĞ MÜNAQİŞƏSİ 44 GÜNLÜK MÜHARİBƏ NƏTİCƏSİNDƏ HƏLL OLUNDU

30 ildir həll olunmayan Qarabağ münaqişəsinin keçmiş ilə qədər necə həll ediləcəyi ilə bağlı heç kimin təsəvvürü olmadığı halda problem 44 günlük müharibə nəticəsində həll olundu.

Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Heç kimin gözləmədiyi bir inkişaf oldu. Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən əsas məsələsi bir anda həll olundu. Türk Hava Yolları İrəvana uçuşlara başlayıb. 30 ildən sonra Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi gedir”, – deyə İ.Kalın qeyd edib.