I TÜRK DÜNYASI MƏDƏNİYYƏT FORUMUNUN İŞTİRAKÇILARININ ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏRİ BAŞLAYIB

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 13-də Şuşa şəhərinə gəliblər.

Forum Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Tədbiri iştirakçılar ikigünlük səfər çərçivəsində Şuşada tarixi məkanlarla, burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin bir sıra maraqlı tədbir və görüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Forum oktyabrın 14-dək davam edəcək.