“İƏT MODELİ – BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI 2023” LAYİHƏSİNƏ İŞTİRAKÇILARIN QEYDİYYATINA START VERİLİR

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin saytında bildirilib ki, seçim mərhələsindən uğurla keçəcək iştirakçılar beş həftə ərzində İƏT ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlərin keçirəcəyi mühazirələrdə iştirak edərək müxtəlif mövzularda bilik və təcrübələrini artırmaq imkanı əldə edəcəklər.

Layihə bilik və bacarıqlarını artırmaq və diplomatiyanı daha yaxından bilmək üçün 18-30 yaş arasında tələbələr, beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlananlar, xarici ölkələrdə keçirilən Beynəlxalq İƏT Modeli konfranslarında iştirak hüququ əldə etmək istəyənlər, ingilis dilini yaxşı və ya əla səviyyədə bilənlər üçün əla imkandır.

Layihədə iştirak etmək istəyənlər https://forms.gle/nfUQEwUw2oM3Fy9d8 link vasitəsilə daxil olaraq qeydiyyatdan keçə bilərlər.