İsrailin “Gisha”, “B’Tselem” və digər hüquq müdafiə təşkilatları Tel-Əvivi Qəzza sektorunun şimalındakı sakinləri aclıqla hədələməkdə ittiham edib.
NPR radiosu xəbər verir ki, hüquq müdafiə təşkilatları İsrailin Qəzzada “ac qal və ya köç” siyasəti həyata keçirdiyini bildiriblər.
BMT-nin məlumatına görə, hazırda Qəzza sektorunda xəstəxanalar, çörək zavodları, təcili yardım maşınları və su stansiyaları üçün lazım olan yanacaq tükənmək üzrədir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb. Eyni zamanda, HƏMAS 240 nəfəri girov götürüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son məlumata görə, indiyədək 42,2 min fələstinli münaqişənin qurbanı olub.