HULUSİ AKAR ZAKİR HƏSƏNOV VƏ ELÇİN QULİYEVƏ BAŞSAĞLIĞI VERİB

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə başsağlığı verib.

Türkiyəli nazir bununla bağlı Z.Həsənova və E.Quliyevə zəng edib.

H.Akara danışıqlar zamanı qəza nəticəsində həlak olanlara görə başsağlığı bildirib, yaralananlara şəfa diləyib.

Eyni zamanda, H.Akar Azərbaycan xalqına başsağlığı verib və həlak olanların ailəsinə səbr arzulayıb.