
Türkiyənin milli müdafiə naziri Hulusi Akar 10 aydır Ukraynada qalan və ötən gün Kayseriyə qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında qeyd edilib.
Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.


