HULUSİ AKAR TÜRKİYƏNİN ERMƏNİSTAN ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçı qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.