Türkiyə və ya Azərbaycana qarşı istənilən təhdid və ya təxribatın haradan və kimdən gəlməsindən asılı olmayaraq hər iki ölkəyə qarşı olduğunu qəbul edirik.
Bu barədə bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyərkən bildirib.
“Dostumuzu bir yerdə dost, düşmənimizi isə bir yerdə düşmən görürük. Buna heç kimin şübhəsi olmasın”, – H.Akar bəyan edib.
Nazir daha sonra Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimini izləyib.