HULUSİ AKAR: “TÜRKİYƏ ABŞ-DAN F-16-LARIN SATIN ALINMASI PROSEDURUNA START VERİB”

Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.

O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb:

“Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.