HULUSİ AKAR: CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏT ERMƏNİSTAN ÜÇÜN DƏ BİR FÜRSƏTDİR

Cənubi Qafqazdakı vəziyyət Ermənistan üçün də bir fürsətdir.

Bunu Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, 30 il ərzində Qarabağla bağlı danışıqlar oldu, lakin vasitəçilər heç nəyə nail ola bilmədi.

“Sonda azərbaycanlı qardaşlarımız əməliyyatlara başladılar və 44 gün ərzində torpaqlarını azad etdilər. Həmçinin, qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı vəziyyət sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir”, – deyə H. Akar əlavə edib.