Türkiyənin milli müdafiə naziri Hulusi Akar ikinci Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlı hərbçi, baş leytenant Valeh Məmiyevlə söhbətini xatırlayarkən kövrəlib.
Bununla bağlı videogörüntülər nazirin “Twitter” səhifəsində yerləşdirilib.
Nazir müharibədə həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verib: “Bir baş leytenant var idi, Valeh Məmiyev. Təlim zamanı onunla söhbət edərkən “Bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” dedikdən sonra övladımızın döyüşlərdə yaralanması, yaralanan zaman “verdiyim sözə əməl etdim” deyərək şəhid olması çox anlamlı, vacib və dəyərli xatirədir”.