
Bu gün Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi yoxdur.
Yeraltı təkanların episentri adanın cənubunda, ocağı isə yer səthindən 50 kilometr dərinlikdə yerləşib. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Xatırladaq ki, bu, son sutka ərzində Yaponiyada baş verən beş baldan yuxarı ikinci zəlzələdir. Mayın 10-dan 11-nə keçən gecə ölkənin paytaxt regionunda 5,2 bal gücündə zəlzələ nəticəsində beş nəfər xəsarət alıb.