HİNDİSTANDA HƏRBİ SURSAT ZAVODUNDA PARTLAYIŞ BAŞ VERİB, AZI SƏKKİZ NƏFƏR HƏLAK OLUB

Hindistanın qərbindəki Maharaştra ştatında hərbi sursat fabrikində baş vermiş güclü partlayış nəticəsində azı səkkiz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Sinxua agentliyi xəbər verir ki, dağıntılar arxasında qalanların xilas edilməsi üçün hadisə yerinə dərhal fövqəladə hallar xidmətinin qüvvələri göndərilib. Bildirilib ki, partlayışın səsi 5 kilometr radiusdan eşidilib.

Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar.