HİNDİSTANDA 5,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.