HİKMƏT HACIYEV TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib.

H.Hacıyev paylaşımında zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb. Təkanlar ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub.