HİKMƏT HACIYEV: ERMƏNİSTAN ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINDA MARAQLI OLDUĞUNU GÖSTƏRMƏLİDİR

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir.

Bu barədə “POLITICO”ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib – əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir”, – o deyib.

H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya “Zəngəzuru tutmağı planlaşdırdığı” barədə təxribatçı açıqlamalarını təkzib edib.