HEYDƏR ƏLİYEVİN NEFT SİYASƏTİ HAQQINDA MƏQALƏ XARİCİ KİV-DƏ

Böyük Britaniyanın “t-vine.com”, İspaniyanın “alquiblaweb.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com”, “afkarhura.com”, “ashurnews.com”, Mərakeşin “Xəbər Yəum”, “Əxbar əl-Aləm”, Misirin “rayetmisr.com”, “embassies.news”, Türkiyənin “detayhaberler.com”, Salvadorun “reflexionesinternacionales.blogspot.com” xəbər portalları və sosial şəbəkələri müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin dövlət neft siyasətindən bəhs edən “Azərbaycan nefti dünya siyasətində” adlı məqalənin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin neft sahəsində tarixi fəaliyyətini əks etdirən məqalənin müəllifi – tanınmış Rusiya yazıçısı, publisist Viktor Andriyanovdur.