HEYDƏR ƏLİYEV SARAYINDA TÜRK SERİALLARINDAN POPULYAR MUSİQİLƏR İFA EDİLƏCƏK

“BN Team Orchestra” simfonik orkestri avqustun 24-də Heydər Əliyev Sarayında “Türk serialları aləmi” adlı unikal layihə təqdim edəcək.

Qazaxıstandan olan bu orkestr müxtəlif janrlar üzrə gənc və yaradıcı musiqiçilərin, artistlərin və aktyorları birləşdirir. Tədbirdə tamaşaçılara “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, Min bir gecə” və başqa seriallarda səslənən populyar musiqilər təqdim ediləcək.

Bu musiqi sadəcə serialları müşayiət etmir, həm də tamaşaçını ovsunlayan, kino dünyasına qərq edən, ekran qəhrəmanlarının bütün hisslərini yaşadan və həmişəlik yaddaşlara həkk olunan bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin mövzuları simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyəcanlı səhnələri qabarıq şəkildə təqdim edilir.