HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ YENİ İSTİQAMƏTVERİCİ LÖVHƏLƏRİN QURAŞDIRILMASI DAVAM EDİR

Bakı şəhərinin Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Lövhələrin quraşdırılması işləri prospektin şəhər istiqamətində, 26.4-cü kilometrində, bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən bu saatlarda həmin ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.