
Heydər Əliyev prospektinin 21.4-cü kilometrlik hissəsində, şəhər və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində (Hava limanının qarşısı) P tipli istiqamətverici lövhələr quraşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Lövhələrin quraşdırılması işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb.


