HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏKİ YANĞIN SÖNDÜRÜLÜB

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.