Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda və regionlarda uşaq evlərinin və Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün nahar süfrəsi və əyləncə təşkil olunub.
Fondun nümayəndələri uşaq evlərinin və sosial xidmət müəssisəsinin sakinlərinə müxtəlif hədiyyələr də çatdırıb.