HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ LEYLA ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə daxil olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.

“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva təhsil, səhiyyə, idman, mədəniyyət, ekologiya və digər sahələrlə bağlı bir çox layihələrdə bilavasitə iştirak edir. O, 2007-ci ildə Moskvada “Baku” jurnalını təsis edib.

Leyla Əliyeva iki oğul və bir qız anasıdır.