HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ LEYLA ƏLİYEVA MASKATDA OMANIN KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏRİN İNKİŞAFI QURUMUNUN SƏDRİ İLƏ GÖRÜŞÜB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb (FOTO)