HEYDƏR ƏLİYEV FONDUNUN ŞUŞADA NÖVBƏTİ BƏRPA LAYİHƏSİ

XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmışdır.

Heydər Əliyev Fondu 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlamışdır.

Fond tərəfindən bərpa edilən binalar bu gün “Yasəmən”otel kimi istifadəyə verilib.