HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN ƏLİYEVANIN TƏŞƏBBÜSÜ İLƏ ŞƏHİD AİLƏLƏRİNƏ BAYRAM SOVQATLARI ÇATDIRILIB

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkib. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.