
Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Bakıda və regionlarda yeni ümumtəhsil məktəblərinin, uşaq musiqi və incəsənət məktəblərinin inşasını, əsaslı təmirini həyata keçirir.
2005-ci ildən reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının məqsədi müasir təhsil kompleksləri yaratmaq, təhsilin inkişafına dəstək göstərməkdir.
Proqram üzrə 2005-2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub.
2025-ci ildə isə 20-dək yeni məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.