
Hava şəraitinin dəyişməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir.
Bu barədə aeroportdan bildiriblər.
“Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur. Hava şəraitinin pisləşməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu adi rejimdə fəaliyyətini, eləcə də təyyarələrin qəbulunu və göndərilməsini davam etdirir”, – deyə qeyd olunub.