HEYDƏR ƏLİYEV ADINA HƏRBİ İNSTİTUTA 2024-2025-Cİ TƏDRİS İLİ ÜÇÜN SƏNƏD QƏBULU HƏYATA KEÇİRİLİR

Heydər Əliyev adına Hərbi İnstituta 2024-2025-ci tədris ili üçün I ixtisas qrupu ilə yanaşı, II və III ixtisas qrupları üzrə də sənəd qəbulu həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, instituta qəbul olmaq istəyən namizədlər sənədlərini aprelin 30-dək istənilən sənəd qəbulu mərkəzinə təqdim edə bilərlər.

Qəbul qaydaları və sənəd qəbulu mərkəzlərinin ünvanları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytında (www.mmu.edu.az) tanış olmaq mümkündür.