HESABLAMA PALATASININ TƏKLİFLƏRİ ƏSASINDA 30 MİLYON MANAT BORC BAĞLANIB

Hesablama Palatasının təklifləri əsasında milyonlarla debitor və kreditor borclar bağlanıb.

Bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatında bildirilir.

Belə ki, hesabata əsasən auditlər nəticəsində qurumlar tərəfindən 70,8 mln. manat məbləğində debitor və kreditor borcların bağlanması ilə bağlı təkliflər verilib. Hazırkı dövrədək həmin məbləğin 30,0 mln. manatının bağlanılması təmin olunub, digər hissəsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.