HAZIRDA ƏFQANISTANDA MÜLKİ AZƏRBAYCANLI YOXDUR – XİN

Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

L.Abdullayeva bildirib ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub. Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

“Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”.