HAVA ŞƏRAİTİ METEOHƏSSAS İNSANLAR ÜÇÜN ƏLVERİŞLİ OLACAQ

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.