HAVA ŞƏRAİTİ ƏSASƏN YAĞMURSUZ KEÇİB, LAKİN BƏZİ DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARDA ŞİMŞƏK ÇAXIB – FAKTİKİ HAVA

İyulun 11-i saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntının miqdarı Gədəbəydə 3 millimetr, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 millimetrədək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə, Naxçıvanda isə 16 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.