HAVA HÜCUMUNDAN MÜDAFİƏ BÖLMƏLƏRİNDƏ DÖYÜŞ ATIŞLARI İCRA OLUNUB

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən bildirilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.