HATAYDA 5 BAL GÜCÜNDƏ DAHA BİR ZƏLZƏLƏ OLUB

Türkiyənin Hatay şəhərində daha bir zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

“Hatayın Dəfnə rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb”, – məlumatda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.