“HARRİ POTTER 20 İLDƏN SONRA: “XOQVARTSA DÖNÜŞ” SERİYASININ RƏSMİ TREYLERİ İŞIQ ÜZÜ GÖRÜB

“Harri Potter 20 ildən sonra: “Xoqvartsa dönüş” seriyasının rəsmi treyleri işıq üzü görüb. Filmin nümayişi “Harri Potter və fəlsəfə daşı” filminin 20-ci ildönümünə təsadüf edir. Epizodda çəkilişlərdən kadrlar və aktyorların verdiyi müsahibələr yer alıb.

TASS agentliyinin məlumatına görə, filmdə Deniel Redkliff, Emma Uotson və Rupert Qrint və başqaları çəkilib.

Harri Poter haqqında yazdığı silsilə kitabların müəllifi Coan Roulinq çəkilişlərdə iştirak etməyib.

Filmin premyerası yanvarın 1-də “HBO Max” onlayn kinoteatrında və “Amediatek”də keçiriləcək.