Vyetnamın paytaxtı Hanoy şəhərində üçmərtəbəli kafedə baş verən yanğında 11 nəfər həlak olub.
Bununla bağlı Vyetnam Xəbər Agentliyi (VNA) məlumat yayıb. Bildirilib ki, polis yanğını qəsdən törətməkdə şübhəli bilinən 51 yaşlı kişini həbs edib.
Polisin məlumatına görə, şübhəli şəxs işçilərlə mübahisədən sonra kafenin birinci mərtəbəsində benzin istifadə edərək yanğın törətdiyini etiraf edib.
Yanğınsöndürənlər daha yeddi nəfəri xilas edə bilib, onlardan beşinin vəziyyəti kafidir.