Rusiyanın bir sıra KİV-ləri və dövlət strukturlarının saytları “Anonymous” haker qruplaşması tərəfindən kiberhücuma məruz qalıb.
TASS agentliyi, “İzvestiya”, “Kommersant”, RBK, “Forbes”, “Pravo.ru” və digər agentliklərin saytları işləmir.
Bundan başqa, bir sıra Belarus nəşrinin saytlarının da hücuma məruz qaldığı bildirilib.