Cənubi Qafqazda normallaşma prosesi sürətlənib.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində çıxışı zamanı bildirib.
Türkiyənin xarici işlər naziri Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsinin vacibliyinə toxunub.