HACIQABULDA ZƏLZƏLƏ OLUB

Azərbaycanda zəlzələ olub.

Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss edilməyib. Zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 22 km olub.